free bootstrap web generator software download

Karnegi Klub Treninq Mərkəzi

Bizim Klubda: -Xarizmatik Natiq, -Satış treninqi, -İdeyalar Generatoru, -Time & Life Management, -Beyin Xəritəsi treninqləri keçirilir.

“Xarizmatik natiq” təlimi 1-ci pillə

1-ci pillə: “Klassik” Söz improvizəsi
Treninq auditoriya qarşısında cıxış qorxusunu aradan qaldırmağı nəzərdə tutur. Bu treninq nəticəsində Siz dinləyicilərin diqqətini saxlayaraq dinamik (energetik) şəkildə jest, intonasiya və göz kontaktından fəal və yerində istifadə edərək, demək olar hər mövzuda çıxışlar qurmağı bacaraqcaqsınız.
Treninqin Məqsədi: Çıxışlarınızın (söz improvizasiyalarınızın) dinlənilən və heyran edici olması!!!
Sizin nitqinizin parlaq, maraqlı, cazibədar, canlı, hərarətli və xarizmatik olması üçün!!!.

“Xarizmatik Natiq” təlimi 2-ci pillə

Treninq auditoriya qarşısında çıxış qorxusunu aradan qaldırmağı nəzərdə tutur. Bu treninq nəticəsində Siz dinləyicilərin diqqətini saxlayaraq dinamik (energetik) şəkildə jest, intonasiya və göz kontaktından fəal və yerində istifadə edərək, demək olar hər mövzuda çıxışlar qurmağı bacaraqcaqsınız. Treninqin Məqsədi: Çıxışlarınızın (söz improvizasiyalarınızın) dinlənilən və heyran edici olması! Sizin nitqinizin parlaq, maraqlı, cazibədar, canlı, hərarətli və xarizmatik olması üçün!

«İdeyalar Generatoru» Treninqi

“İdeyalar generatoru” – ixtisas sahəsindən asılı olmayaraq, ideyalar yaratmağı bacarmaq istəyənlər üçün nəzərdə tutulmuş bir treninqdir. Bu treninq xüsusilə yeni layihələr və şirkətlər yaradılması işi ilə, biznesin yenidən qurulması ilə, idarəetmə ilə, problemlərin həlli ilə, yeni məhsulların və xidmətlərin işlənib hazırlanması ilə, brendlərin yaradılması və tətbiqi ilə, dizayn və reklam işi ilə məşğul olanlar üçün, və həmçinin, bir şəxsiyyət kimi yüksəlmək və şəxsi müvəffəqiyyət qazanmaq istəyən, bunda maraqlı olan insanlar üçün faydalı olacaqdır.

“Beyin Xəritəsi” – effektiv düşüncə treninqi

BU SEMİNARDA SİZ:
1. Beyin Xəritəsinin yaradılması texnologiyası ilə tanış olacaqsınız
2. Beyin Xəritəsi yaradacaq və aşağıdakı tapşırıqların həllində təcrübədə sınaqdan keçirəcəksiniz:
– Təqdimatların keçirilməsi (şirkətin, məhsulun, xidmətin… )
– Mürəkkəb mətnlərin analiz və konspektləşdirilməsi (məlumatın strukturlaşdırılması)
– Yadda saxlama və böyük həcmdə informasiyanın yaddaşdan danışılması
3. 10-dan çox sahədə Beyin Xəritəsinin tətbiqi ilə qısa şəkildə tanış olacaaqsınız.

Əziz dostlar, Sizi “Karnegi Klub”da salamlayırıq.

Bizim klub şəxsi həyatında, iş karyerasında, yaxın və ümumiyyətlə ətrafındakı insanlarla münasibətdə kamilliyə yönələn, özü xoşbəxt olmaq və yaxınlarını da xoşbəxt etmək, öz üzərində işləmək və inkişaf etmək, özündə yeni istedadlar açmaq istəyənlərin hamısı üçün açıqdır. Sizin hər biriniz dahisiniz, amma buna hamı inanmır, ona görə ki, Siz özünüz buna inanmırsınız… Özünüzə inanın, özünüzü dəyişin və biz Sizinlə birlikdə dünyanı yaxşıya doğru dəyişək. Bizim klubumuzun adı təsadüfən seçilməmişdir. Axı, məhz Deyl Karnegi praktiki əxlaqın müasir Qərb modelinin mənbələrində durmuş və effektiv açıq çıxışın əldə edə biləcəyi nəticələr və ünsiyyətin psixologiyası üzrə çoxsaylı bestsellerlərin müəllifi olmuşdur. Bizim Klubumuzda tətbiq olunan proqramlar çərçivəsində müxtəlif növ təlimlər və düşüncəni inkişaf etdirən çoxlu sayda maraqlı intellektual oyunlar əsasında treninqlər keçirilir. Artıq ilkin mərhələdə Sizin xidmətinizə aktual mövzular üzrə DÖRD təlim nəzərdə tutulmuşdur: “Xarizmatik Natiq” Treninqi, “Beyin Xəritəsi” Treninqi, “Satış treninqi” və “İdeyalar Generatoru” təlimi. Bu təlimlər şəxsi yüksəlişə xidmət edir və açıq şəkildə aparılırlar. Əməkdaşlarının ixtisaslaşdırma səviyyəsinə laqeyd olmayan şirkətlərin və müxtəlif təşkilatların rəhbərlərinin ehtiyaclarını və marağını nəzərə alaraq, biz həmçinin korporativ təlimlər də keçiririk.

Trenerlərimiz

” Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti”nin məzunu

Qiymətlər cədvəli

Tələbələr üçün

200 Azn3 ay.
...
  • QARŞILIQLI ƏLAQƏ PRİNSİPLƏRİ NƏZƏRİYYƏ
  • NİTQİN TEXNİKASI NƏZƏRİYYƏ
  • AUDİTORİYADA DURUŞ NƏZƏRİYYƏ
  • JESTLƏRLƏ İŞ NƏZƏRİYYƏ

Korporativ Müştərilər üçün

300 Azn3 ay.
...
  • QARŞILIQLI ƏLAQƏ PRİNSİPLƏRİ NƏZƏRİYYƏ
  • NİTQİN TEXNİKASI NƏZƏRİYYƏ
  • AUDİTORİYADA DURUŞ NƏZƏRİYYƏ
  • JESTLƏRLƏ İŞ NƏZƏRİYYƏ

RƏYLƏR

Kursumuzda və treninqlərimizdə iştirak edənlərin bizim haqqımızda dedikləri rəyləri sizlərə təqdim edirik 
“Həyatınızı dəyişmək və fərqli olmaq istəyirsinizə yolunuzu KarnegiKlubdan salın.”
“Yaxşı əhval-ruhiyyədə keçən və çox şey öyrədən bir treninq idi. Həyatda, gündəlik və bir çox işlərdə kömək olacaq bilgiləri mənimsədim..”
“Hər şey möhtəşəm oldu. Çox bəyəndim. Sizi alqışlayıram, halal olsun. Sözlə ifadə olunmaz dərəcədə rahatladım. Minnətdaram ”
“Natiqlikdən əlavə mən bu kursda psixoloji olaraq çox şeyləri öyrəndim. Həmçinin pozitiv olmağı, insanlarla düzgün ünsiyyəti, qorxularımı dəf etməyi öyrəndim. Həm də kurs çox əyləncəli keçdi, bitməsin heç istəməzdim :)”
“Bu təlim çox təsir etdi. Məncə təsiri bir xeyli qədər oldu. Həmçinin həm maraqlı həm pozitiv bir şey oldu.”
“Ac olsamda axıra qədər oturacaq qədər maraqlı. Həyatımda yeni təcrübə.”

Qalereya

Video Bloq

Videoların müəllifi Nəcəf Allahverdiyev

Bizimlə əlaqə

Bizi izləyin