Daha çox satış etmək istəyirsiniz?
Uğurlu satışın sirlərinə yiyələnmək istəyirsiniz?
Satışlarınızda lider olmaq istəyirsiniz?
Belə isə…müraciət edin
Son illər pərakəndə ticarətdə alıcı və satıcı münasibətlərinin əvvəlki illərlə müqayisədə dəyişdiyi müşahidə olunur. Satıcıların xüsusi bilgi və bacarıqlara yiyələnməsi zəmanəmizin tələbidir. Treninqlərdən sonra bu biliklərə sahib olan bir çox satıcılar daha effektiv satmağa başlayır və onların satışlarında artım müşahidə olunur.
Mağazalarda və sair satış obyektlərində satıcıların süni gülüşü və “Sizə necə kömək edə bilərəm” kimi banal yanaşması dövrü artıq keçmişdə qalır və onun əvəzində ticarət obyektlərinin satış sahələrində yeni nəsil mütəxəssislər yetişir. Pərakəndə ticarət sahəsində (mağazalarda, ticarət mərkəzlərində və s.) işləyən satıcılar üçün nəzərdə tutulan treninq satıcıya yeni dövrün satıcısını xarakterizə edən müvazinətli, ixtisaslaşmış, proaktiv (uyğunlaşan) olmağı öyrədir. Belə ki, dövrümüzün ciddi rəqabətlilik şəraitində yalnız peşəkar personala malik olanlar rəqabətə davam gətirir.
.
SUAL: Çox çeşidli və keyfiyyətli məhsullar satırsınız, lakin satıcılarınız və ya satış menecerləriniz bu məhsulları satmaqda çətinlik çəkir? Qazancınız istənilən olmur?
CAVAB: Hər bir sahədə elmli, ixtisaslı kadr bu sahənin əsas hərəkətverici qüvvəsi, onun sütunudur. Satış da, bir elmdir və bu elm tədris olunmalıdır. Təbii ki, belə bir elmə yiyələnmiş satıcılar daha çox satır və müvafiq olaraq daha çox qazanc gətirirlər.
Karnegiklubda “EFFEKTİV SATIŞ” treninqinin proqramı 4 modul əsasında həyata keçirilir.
I Modul
– Diaqnostika
– “Klassik satış texnologiyası” (nəzəriyyə)
– “Klassik satış texnologiyası” (təcrübə)
– Analiz-sherring
II Modul
– “Kontaktın qurulması” (nəzəriyyə)
– “Kontaktın qurulması” (təcrübədə)
– Analiz-Sherring
– “İnformasiya toplanması” (nəzəriyyə)
– “İnformasiya toplanması” (praktika)
– Analiz-Sherring
III Modul
– “Təqdimat (prezentasiya)” (nəzəriyyə)
– “Təqdimat” (təcrübə)
– Analiz-Sherring
– “Etirazlarla iş” (nəzəriyyə)
– “Etirazlarla iş” (təcrübə)
– Analiz-Sherring
IV Modul
– “Satışın bitirilməsi” (nəzəriyyə)
– “Satışın bitirilməsi” (təcrübə)
– Analiz-Sherring
– “Psixoloji satış”
– Müştəri tipləri
– Satıcı tipləri
– Keçirilənlərin təkrarı
Treninqdən nəticəsində iştirakçılar:
– Effektiv satış metodlarını və bacarıqlarını əldə edəcəklər;
– Alıcı psixologiyası və tipləri ilə tanış olacaqlar;
– Hər bir müştəriyə fərdi yanaşma sirlərinə yiyələncəklər;
– Məhsulun düzgün təqdimatını etmə ilə yanaşı, müştəriyə alış-veriş etməsi üçün
qərar verməkdə də kömək etməyi öyrənəcəklər;
– Müştərini alış-veriş etməyə həvəsləndirməyi öyrənəcəklər;
– Satışı uğurla başa vurmağı öyrənəcəklər.
Təlimin keçirilmə həcmi:
– nəzəriyyə – 20%,
– praktiki biliklərin tətbiqi – 80%
(məşğələ, müxtəlif rol oyunları, real satışın müşahidəsi, video çəkiliş və analiz).