Müasir dünyada informasiya mübadiləsi günü-gündən artmaqdadır. Əməkdaşlar bu informasiya selini qəbul edib düzgün təhlil etməyi, strukturlaşdırmağı, lazım gələrsə yadda saxlamağı və başqa insanlara ötürməyi bacarmalıdır. Məhz bunun üçün “Beyin xəritəsi” kimi alət əla vasitədir.
Beyin xəritəsi – işlərin strukturlaşması, beynin sağ və sol yarım kürələrinin eyni zamanda istifadə edilməsini təmin edən çox faydalı bir vasitədir. Mind Maping – təqdimatların necə aparılması, zamanın planlaşdırılması, qərarların qəbul edilməsi, böyük həcmdə məlumatların yadda saxlanılması, beyin həmləsinin keçirilməsi, özünüanaliz, mürəkkəb layihələrin hazırlanması və bir çox başqa tapşırıqların həlli üçün çox faydalıdır.
Bu treninqdə SİZ:
Beyin xəritəsinin yaradılması texnologiyası ilə tanış olacaqsınız,
- Beyin xəritəsi yaradacaq və praktikada tapşırıqların həllində sınaqdan keçirəcəksiniz.
– Təqdimatların keçirilməsi (şirkətin, məhsulun, xidmətin…)
– Mürəkkəb mətnlərin analiz və konspektləşdirilməsi (məlumatın strukturlaşdırılması).
– Yadda saxlama və böyük həcmdə informasiyanın yaddaşdan danışılması.
- 10-dan çox sahədə Beyin xəritəsinin tətbiqi ilə qısa şəkildə tanış olacaqsınız.
Bu təlimlər rəhbər işçilər, menecerlər, məsləhətçilər və hər hansı formada məlumatla işləyən hər bir kəs üçün faydalıdır.
Proqram:
1-ci gün
“Mind Maping”lə tanışlıq.
▪ Xalça diaqnostik psixoloji tapşırıq
▪ Göz yaddaşını müəyyən edən daoqnostik tapşırıq
▪ Zehnimizin qəbul etmə prinsipləri
Assosiativ
Nümayiş və oyunlar
Ümumi və fərdi assosasiyalar
Fasilə, kofebreyk.
▪ İerarxiya prisipi ilə tanışlıq
▪ Vizual yaddaş
▪ Mind Map üslubu ilə iki keysdə tanışlıq
2-ci gün
▪ MindMap prinsipıərinin geniş təqdimatı
▪ Tapşırıq fərdi və iş xəritəsi çəkilməsi
Fasilə, kofebreyk.
▪ Mind Map vasitəsi ilə təqdimat praktikası
▪ Eşidilənin xəritəyə köçürülməsi tapşırığı
▪ Mind Map üslubu ilə informasiyanın danışılması və yaddaşda qalması
3-cü gün
▪ Mətnlərin mind map vasitəsilə çəkilməsi tapşırığı
▪ Təhlil və analiz
▪ Elmi və bədii mətnlər və fərqi
Fasilə, kofebreyk.
▪ Xalça mind map
▪ Simvolların çəkilmə tapşırığı
▪ Zamanın idarə edilməsi və mind map
4-cü gün
▪ Beyin xəritəsi üslubu ilə layihələrin tərtibi
▪ Mind Map üslubu ilə seçim
Fasilə, kofebreyk.
▪Mind Map üsubu ilə beyin həmləsi
Təkrar
Seminarın effektləri:
- Vaxta əhəmiyyətli dərəcədə qənaət olunması (həm yeni material qəbul edilən zaman, həm də artıq tanış olan materialın təkrarı zamanı)
- Həll olunacaq tapşırıq və problemlərin daha ümumi və həcmdə başa düşülməsi.
- Öz intellektual və yaradıcılıq qabiliyyətlərinin aktivləşdirilməsi.
- Beyinin sağ və sol yarımkürələrinin aktiv iş rejimində işləməsi.
Treninqin keçirilmə formatı:
– 80% təcrübə: iştirakçılar öyrəndiklərini tapşırıqlarda məşq edirlər.
-20% nəzəriyyə: bacarıqların nümayişi, nəticələrin müzakirəsi, suallara cavab.