Bugünkü həyatı stressiz təsəvvür etmək çətindir. Əksər insanlar gündəlik həyatda streslə qarşılaşır. Bir çoxları üçün stress peşələrinin bir hissəsidir. Yaşadığımız postpandemiya dövrü isə stress amilini, təsirini daha da artırmışdır.

Streslə mübarizə aparılmadıqda onu idarə etmədikdə iş səmərəliliyinin azalması, sağlamlığınızın pisləşməsi, konfliktlərin çoxalması ilə nəticələnir.

  İstənilən işdə yaxşı nəticələr əldə etmək istəyiriksə işçilərin stresə dayanıqlı olmaları çox önəmlidir.

Bu təlimdə iştirakçılar öz streslərinin səbəblərini daha yaxşı başa düşəcək və onlarla işləmək yollarını tapa biləcəklər, eyni zamanda streslə mübarizə üçün texnikalara yiyələnməklə yanaşı, kritik situasiyalarda işləmək, ünsiyyət bacarıqlarını əldə edəcəklər.

     Stressə davamlılıq, stressin idarə edilməsi  təlimi, gündəlik iş həyatımızda və karyeramızda qarşılaşacağımız ilkin streslə hansı şəkildə mübarizə aparamağımız barədə nəzəri biliklər və praktiki bacarıqlarla zəngin bir təlimdir.

Təlimin məqsədi:  Təlimin əsas məqsədi müasir təlim metodlarından istifadə etməklə praktiki olaraq stressə davamlılıq və stressin idarə olunması ilə bağlı bacarıqlarınızı da təkmilləşdirəcək, konfliktogen insanlarla düzgün ünsiyyət qurmaq bacarığna yiyələnəcəklər.

Bu təlimi digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki olaraq doğru üsullardan istifadə edərək stressi idarə etməklə  daha uğurlu olmasını göstərməkdən ibarətdir.

Kimlər iştirak edə bilər?

  Stressə qarşı davamlı və stressin idarə olunması texnikaları ilə tanış olmaq istəyən rəhbər işçilər, top menecerlər.

Proqramm:

Birinci gün:

 ▪︎ Tanışlıq  + gözləntilərin və ehtiyacların müəyyən edilməsi, mövzuya giriş.

  ▪︎ “Mən və mənim stresim” tapşırığı.

 Tapşırığın hədəfi stressə şüuraltı səviyyəsində diaqnostikası və həll yollarının araşdırılması.

▪︎ Qruplarda iş “Stres nədir və həll yolları”.

Tapşırığın hədəfi komanda formatında beyin həmləsi vasitəsi ilə stresin həl yollarını müəyən etmək.

Fasilə Kofebreyk.

▪︎ Razminka.

▪︎ Mini leksiya Stress nədir, stress və emosional intellekt EQ, xarakter və insan tiplərinin stressə təsiri

▪︎Praktiki tapşırıq

“Emosional hekayə”

▪︎Praktiki tapşırıq

 “dirijor çubuqu” tapşırığların hədəfi müxtəlif emosional durumlarla tanışlıq və onları idarə edilməsi.

İkinci gün:

▪︎Razminka

“Fit back” – Qarşılıqlı əlaqə prinsipləri

Kommunikaiv milçəklər və

Temperament tipləri

Fokuslanma

14 prinsip

Fasilə Kofebreyk

Ən yaxşı və ən pis insan testi

Emosiyaların idarə edilməsi tapşırığı

Adrenalinin fizioloji

Nəfəs və fiziki hərəkətlər

Göz gözə tapşırığı

3-cü gün:

Razminka

Tənqid dəhlizi

3 müəllim obrazı

4-cü gün

“Preskonfrans-

Namizəd” tapşırığı

Fasilə Kofebreyk

NLP – uyğunlaşma

Stresli zənq

Haydpark  tapşırığı

Təkrar

Təlim müddəti: hər biri 3 saat olmaqla 4 gün

image
× Whatsapp əlaqə