Əziz dostlar, Sizi “Karnegi Klub”da salamlayırıq.
“KarnegiKlub” Treninq Mərkəzi 2011-ci ildə Dr. Nəcəf Allahverdiyev tərəfindən təsis edilmişdir. Artıq 9 ilə yaxındır ki, fəaliyyətdə olan Treninq Mərkəzimizdə fərdi, qrup və korporativ formatlarda “Xarizmatik Natiq”, “Ünsiyyət bacarıqları”, “Effektiv satış”, “Zamanın idarə olunması”, “Mind Maping”, “Psixoloji aykido”, “İdeyalar generatoru”, “Kreativ düşüncə”, “Şəxsi inkişaf”, “Motivasiya” və digər mövzularda keçirilən treninqlərimizdə 10 000-dən çox insan iştirak etmişdir.
Mərkəzimizin korporativ sektordakı fəaliyyət istiqaməti təlimlərdə müasir və innovativ tədris üslublarını tətbiq edərək işçilərin motivasiyasının artırılması, komanda əhval-ruhiyyəsinin yüksəldilməsi ilə yanaşı, hazırkı dövrümüzdə önəmli və aktual olan ünsiyyət və təqdimat bacarıqlarının, effektiv və psixoloji satış texnikalarının mənimsənilməsi, kollektivdə xoş ab-hava yaratmaqla, müştəri məmnuniyyətinin və təşkilatın gəlirlərinin artırılmasına yönəlib.
Bu illər ərzində “North West Construction”, “Lexus”, “Redbull”, “Toyota”, “Caspel”, “ASAN Xidmət”, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və digər onlarla müəssisə və təşkilat mərkəzimizin təlimlərindən faydalanmışdır.
Mərkəzimizdə həmçinin, fərdi və anonim şəkildə çıxış və təqdimatlara hazırlıq, “biznes və layf kouç” sessiyaları da keçirilir.
Təlimçi Dr. Nəcəf Allahverdiyev
KarnegiKlub Treninq Mərkəzinin rəhbəri, Biznes-trener, Couch, NLP-Master.
“Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti”nin aparıcı təlimçisi,
“Beynəlxalq Trenerlər Assosasiyası”nın üzvü,
Moskvada keçirilən “Beynəlxalq Oratorlar çempionatı”nın Mükafatçısı,
2.000 təlim və masterklas – 6.000 saat və 30.000 iştirakçı.
KarnegiKlub Treninq Mərkəzində aşağıdakı təlimləri tədris edir:
▪︎“Xarizmatik Natiq”
▪︎”Çıxışa fərdi hazırlıq”
▪︎”Effektiv Satış”
▪︎”Psixoloji Satış”
▪︎“Mind Map (Beyin Xəritəsi)”
▪︎”İdeyalar Generatoru”
▪︎“Life & Time Management”
▪︎”Stress Management”
▪︎”Emossional İntellekt – EQ”
▪︎”Uşaq tərbiyəsi”
▪︎Yeniyetmələr üçün “SuperTreninq”
▪︎”Ailədaxili münasibətlər”
▪︎”Psixoloji Aykido”
▪︎“Tibbi Marketinq”
▪︎“Dental Marketinq”
- Fərdi və anonim şəkildə “Biznes və life kouç” sessiyalar.
1992-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 1993-cü ildən tibbi fəaliyyətlə məşğuldur. 2000-ci ildən bu günə kimi şəxsi klinikanın baş həkimidir.
1999-cu ildən “Bilik” Cəmiyyətində müəllim fəaliyyətinə başlayıb. Psixologiya və özünü dərk etmənin müxtəlif aspektləri üzrə dərs deyib. Elə o dövrdən “İdealar Generatoru” təlimini tədris etməyə başlayıb.
2001-ci ildə PR üzrə kurs bitirmişdir.
2006-cı ildə PhD (psixoterapiya ixsisası) üzrə Xəzər universitetinə daxil olub. Eyni zamanda universitetin “Tibbi biliklər” kafedrasında müəllimlik fəaliyyətinə başlayıb. Həmçinin 2007 – 2008-ci illər Bakıxanov adına sarayın nəznində Qızlar Gimnaziyasında dərs deyib.
2010-cu ildə “Moskva Ritorika və Natiqlik Bacarığı Universitetini” bitirib, müstəqil trener statusunu alıb. Həmin ildən Beynəlxalq trenerlər assosasiyasının üzvüdür.
2011-ci ildə Bakı şəhərində “Karnegi Klub” Treninq Mərkəzini təsis etmişdir.
2012-ci ildə Moskva şəhərində “Moskva Ritorika və Natiqlik Bacarığı Universitetin”də ixtisasını təkminləşdirib və eyni zamanda “Beynəlxalq Oratorlar Çempionatının” Gümüş mükafatını əldə etmişdir.
2012-ci ildə “TrenerPROFFİ” Biznes treninq mərkəzində “Satış Treninqi” üzrə Trenerlər treninqini bitirmişdir.
2013-cü ildə Türkiyədə “Dental Marketinq”, “Bazarlama” və “Zaman Bölgüsü” treninqlərini bitirmişdir.
2013-cü ildə “Brian Tracy İnternational” tərəfindən “Maksimum Nailiyyət” biznes seminarını bitirmişdir.
2015-ci ildə Moskva şəhərində Biznesin İnkişafı Universitetində NLP təlimlərini və Sinergiya universitetində “Time management” təlimini bitirmişdir.
2015-2016-cı illərdə “Qərb Universitetində” “Zamanın idarə edilməsi” fənnindən dərs demişdir.
2016-cı ildə “İnternational Leadership University”-də Kouç sertifikatı almışdır. Kiyev şəhərində isə biznes kouçinqin əsasını qoyan Mayls Daunidən “Advance” dərəcəli kouç sertifikat almışdır.
2018-ci ildə Pulman oteldə 650 nəfərin iştirakı ilə “Karnegi Klub” Treninq Mərkəzinin 7 illiyinə həsr edilmiş “Life & Time management” təlimini keçmişdir.
2018-ci ildə “Milli psixologiya” forumunda “Psixoloqun fəaliyyətində natiqlik” mövzusunda çıxış etmişdir.
2019-cu ildə 800 nəfərin iştirakı ilə baş tutan “Karnegi Klub” Treninq Mərkəzinin 8 illiyinə həsr edilmiş “Uğur Forumu” adlı tədbir keçirmişdir.
2019-cu ildə “Beşbucaq” layihəsi çərçivəsində “Uşaq Tərbiyəsi” mövzusunda çıxış etmişdir.
2019-cu ildə Gəncə şəhərində Vətənimizin Qərb regionunun sakinləri üçün “Göygöl Təhsil Mərkəzi” ilə birgə razılaşma əsasında “Karnegi Klub”un ilk filialının açılışını etmişdir.
2019-cu ildə Gəncə şəhərində keçirilən “I Regional Psixologiya Forumu”nda “Tənqidin psixoloji aspektləri” mövzusunda çıxış etmişdir.
2019-cu ildə Türkiyənin məşhur NLP uzmanı Oğuz Saygının NLP təlimini bitirmişdir.
2019-cu ildə ABŞ Təhsilli Azərbaycan Məzunları İB-nin “İş Marafonu” layihəsi çərçivəsində “Ünsiyyət bacarıqları” təlimini vermişdir.
2019-cu ildə Salyan şəhərində 50 direktor və müavinin iştirakı ilə keçirilən tədbirdə “Məktəbdə psixoloji münasibətlər” mövzusunda masterklass vermişdir.
14 Universitetdə Masterklass təlimləri keçirmişdir.
29-31 Dekabr 2020-ci il ŞUŞA şəhəri ətrafında əsgərlərimiz üçün motivasion çıxışlar etmişdir.
O cümlədən, aşağıdakı şirkət və təşkilatlarda korporativ treninqlər keçirmişdir:
▪︎“ASAN” xidmət
▪︎XİN – Xarici İşlər Nazirliyi
▪︎Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi 50 ölkədən iştirakçısı olan Diaspor Gənclərinin Yay Düşərgəsi
▪︎”XXI əsr” məktəbi
▪︎İqtisadiyyat Nazirliyi yanında 195 Dövlət
Vergi Xidmətinin Çağrı Mərkəzi
▪︎“Lexus” avtomobil şirkəti
▪︎“TOYOTA” avtomobil şirkəti
▪︎“BeSmart” şirkəti
▪︎”Access” bank
▪︎“Caspel” şirkəti
▪︎“189” taksi xidməti
▪︎“KTİB” şirkəti
▪︎“Təmiz Dünya” ictimai birliyi
▪︎“AzEstetik” şirkəti
▪︎“Progress Academy” təhsil mərkəzi
▪︎“BHB Strategic & Creative Co.” reklam agentliyi
▪︎“EstetikDiş” klinikası
▪︎“Pen Group” şirkəti
▪︎“Podium” dükanı
▪︎“ARMADA” korporasiyası
▪︎“Caspident” şirkəti
▪︎“AzDent” klinikası
▪︎“Sağlam Diş” klinikası
▪︎“Avrokeramika” dükanı
▪︎“İrəli” Gənclər Birliyi
▪︎“Engineering for KİDS” kampı
▪︎”Em&Me” parfum şirkəti
▪︎”Panda School”
▪︎”SAT GROUP” təlim mərkəzinin təlimçiləri üçün təlim
▪︎”Bioloji Təbabət” klinikası (Bakı və Masallı filialı)
▪︎”Red Bull” şirkəti – Time Management treninqi
▪︎Həmkarlar İttifaqlarının sədrləri üçün treninq
▪︎ADDA şirkəti və s.
Həmçinin:
Türkiyə (Ankara) və Ukraynada (Kiyev) təlimlər vermişdir.
İtaliyada, Almaniyada, Rusiyada, Türkiyədə, ABŞ-da və dünyanın 30-a yaxın ölkəsində olmuş, müxtəlif seminarlarda iştirak etmişdir.
Dr. Nəcəf Allahverdiyev
4 uşaq atası, 3 nəvə babasıdır və 21 yaşı var.
Müəllimin Fb profili :
https://www.facebook.com/NajafAllahverdiyevKarnegiKlub
Müəllimin Tik Tok profili: https://www.tiktok.com/@dr.nacafallahverdiyev
İnstaqram profili:
https://instagram.com/dr.nacaf_allahverdiyev